Vitse-prezidentin olduğu təyyarə qəzaya uğrayıb?

Vitse-prezidentin olduğu təyyarə qəzaya uğrayıb?

Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə qəzaya uğraya bilər.

AzerTimes Report-a istinadla xəbər verir ki, bu versiyanı Malavinin “Nyasa Times” qəzeti şahid ifadələrinə istinadən irəli sürüb.

Vitse-prezidentin həlak olması ilə bağlı ciddi narahatlıqlar var. O, vəkil Ralf Kasambarın dəfn mərasiminə gedirmiş, lakin pis hava şəraiti səbəbindən onun təyyarəsi hava limanına enə bilməyib və geri uçub. Dispetçerlər təyyarə ilə əlaqə yarada bilməyiblər. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Hələlik dəqiq bilinən yalnız Çilimanın paytaxtın Lilonqve hava limanından ölkənin şimalındakı Mzuzi hava limanına uçduğu və geri qayıdarkən yoxa çıxmasıdır.

Qəzet yazıb ki, bunun təyyarə və ya helikopter olduğu hələlik bəlli deyil. Təyyarədə olan insanların sayı, müxtəlif mənbələrə görə, 9 və ya 10 nəfərdir.

Prezident Administrasiyası yalnız təyyarənin yoxa çıxması və Prezident Lazarus Çakveranın Baham adalarına və İsveçrəyə planlaşdırılan səfərini ləğv etməsi faktlarını təsdiqləyib.

Teqlər: