Visa və Mastercard Rusiyada fəaliyyətini dayandırır

Visa və MasterCard beynəlxalq ödəniş sistemləri Rusiyada martın
10-da fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, Rusiya bankları tərəfindən buraxılmış bu
ödəniş sistemlərinin bütün kartları əvvəlki kimi ölkə ərazisində
işləməyə davam edəcək, lakin onların vasitəsiylə xaricdə ödəniş
etmək mümkün olmayacaq.

Bundan əlavə, transsərhəd əməliyyatlar, xüsusilə, xarici onlayn
mağazalarda alış-veriş üçün ödəniş də mümkün olmayacaq. Həmçinin,
Visa və MasterCard kartlarından Apple Pay və Google Pay
xidmətlərində istifadə etmək mümkün olmayacaq.

Teqlər: