“Visa” Rusiya ərazisində əməliyyatların dayandırılması üzərində işləyir

ABŞ-ın “Visa” şirkəti Rusiya ərazisində faəliyyətini dayandırmaq
niyyətində olduğunu açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin press-relizində deyilib.

“Bundan sonra “Visa” yaxın günlərdə bütün Visa əməliyyatlarını
dayandırmaq üçün Rusiyadakı müştəriləri və tərəfdaşları ilə
çalışacaq. Proses başa çatdıqdan sonra Rusiya Federasiyasında
buraxılmış Visa kartları ilə keçirilən bütün əməliyyatlar artıq
ölkə hüdudlarından kənarda işləməyəcək”, – deyə açıqlamada qeyd
olunub.


Şirkətin rəhbəri Alfred Kellinin sözlərinə görə, “Visa” Ukrayna
ətrafında yaranan vəziyyət fonunda müvafiq tədbirlər görür.

Teqlər: