Virusun kütləvi yayılmasının qarşısını almaq üçün əhalinin 60 faizi vaksinasiya olunmalıdır – Şöbə müdiri

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Vaksinasiya qısa müddətdə infeksiyanın qarşısının alınması üçün nəzərdə tutulmayıb.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, vaksinasiyanın ilkin mərhələdə məqsədi bu xəstəliyi ağır keçirəcək və yaxud ölüm riski yüksək olacaq şəxslərdə bu risklərin azaldılmasıdır. Virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün əhalinin 60 faizinin vaksinasiya olunması lazımdır.

N.Səyidov qeyd edib ki, hazırda regionlarda və Bakıda əhalinin vaksinasiya prosesi çox keyfiyyətli təşkil olunur.

Teqlər: