Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun
nəticəsini azaltmış olur.
Trend xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin
planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
O qeyd edib ki, bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı
müdafiə qabiliyyəti və davamlılıq qazanır və bu halda antibiotik
həmin bakteriyaları məhv edə bilmir.
“Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə
yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da
antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində
lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris
müşahidə oluna bilər”, – deyə o əlavə edib.