Biz bu epidemiyadan bezdik, lakin virus bizdən bezmədi.
AzerTimes xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus söyləyib.
O, koronavirus epidemiyasının narahatlıq doğurmaqda davam etdiyini söyləyərək, son bir həftədə dünyada COVİD-19 səbəbiylə 15 minə yaxın ölümün baş verdiyini və ölümlərin əvvəlki həftə ilə müqayisədə 35 faiz artdığını da vurğulayıb.
Həmçinin o, virusun təkamülünü daha yaxşı izləmək üçün ölkələri test və DNT analizlərin aparılması imkanlarını azaltmamağa çağırıb.