Xəbər - Elçin Mehdiyev – Trend:
Hazırda xəstəxanalarda təxminən 10 min xəstə çarpayısı var və bu, hazırda bizə imkan verir ki, sərt qapanmalara getməyək.
AzerTimes-ın məlumatına görə, bunu Operativ Qərərgahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Mövsümov qeyd edib ki, ancaq xəstəxanalarda çarpayıların çatışmazlığı səviyyəsinə gəldikdə sərtləşməyə getmək zəruri olacaq.