“Facebook” virtual reallıq dəbilqəsi (virtual eynək) sahibləri üçün nəzərdə tutulmuş “Spaces” sosial şəbəkəsini geniş ictimaiyyətə təqdim edib.
Şirkət nümayəndələri öz layihələri barədə tərtibatçılar üçün keçirilən miqyaslı FS konfransında məlumat veriblər.
Yeni “Facebook Spaces” sosial şəbəkəsinin iştirakçıları istifadəçinin nüsxəsini kopya edən avatarlar qismində təqdim edilib. İstifadəçi öz görünüşünün bəzi detallarını dəyişdirə bilər. Məsələn, onlar saçları üçün başqa rəng seçə və ya eynək taxa biləcəklər.
Yeni xidmət vasitəsilə vətəndaşlar nəinki ünsiyyət qurmaq, həmçinin bir-biri ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər. Xüsusilə də virtual sosial şəbəkədə birgə oynamaq, şəkil çəkmək, selfi etmək, 360 formatda videolara baxmaq və digər işlər görmək mümkün olacaq.
Hələlik söhbətlərdə eyni zamanda 4 nəfər iştirak edə biləcək. Bundan başqa, “Facebook Spaces” ancaq “Oculus Rift” və “Touch” sahiblərinin istifadəsi üçün mümkündür. Lakin zamanla şirkət sosial şəbəkəni digər VR platformalar üçün də istifadəyə vermək niyyətindədir.