Vinisius yenidən irqçiliyə məruz qaldı

Vinisius yenidən irqçiliyə məruz qaldı

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.

AzerTimes xəbər verir ki, hadisə səfərdə “Sevilya” ilə heç-heçə (1:1) etdikləri La Liqanın X tur oyununda baş verib.

Azarkeşlərdən biri 23 yaşlı hücumçunu təhqir edib. Həmin fanat daha sonra tribunadan uzaqlaşdırılıb. “Sevilya” klubu həmin şəxsə digər intizam cəzaları veriləcəyini də diqqətə çatdırıb.

Teqlər: