“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub (FOTO/VİDEO)

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində
ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən
ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Atçılıq Federasiyasından AzerTimes-a verilən xəbərə görə,
Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının
iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar
tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran
qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu”
ta¬ma-şasında süvarilərimizin atçapma məharətləri, eləcə də
əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz
izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı
nə-zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici
kütləsinə malik televiziya kanal¬larında və internet
platformalarında canlı ola-raq təqdim olunacaq.

Teqlər: