Vilnüsdə yük təyyarəsi evin üstünə düşdü

Vilnüsdə yük təyyarəsi evin üstünə düşdü

Almaniyanın Leypziq şəhərindən Vilnüs şəhərinə uçan yük təyyarəsi hava limanına enmək istəyərkən qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Vilnüs aeroportunun nümayəndəsi Maryus Zelyanus məlumat verib.

“DHL şirkətinə məxsus yük təyyarəsi ikimərtəbəli yaşayış evinə düşüb. Təyyarədə iki pilot və şirkətin iki nümayəndəsi olub”, – Zelyanus bildirib.

Qeyd olunub ki, bir pilot xilas edilib, digəri və sərnişinlər haqda məlumat yoxdur.

Təyyarənin hansı səbəbdən qəzaya uğradığı barədə məlumat verilməyib.

Teqlər: