Litva iqtidarı ölkə paytaxtının müdafiəsi üçün plan hazırlayıb, təklif olunan tədbirlər arasında Vilnüs şəhərinin evakuasiyası da var.
AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Valdas Benkunskas danışıb.
“Vilnüs paytaxtdır, ona görə də əsas hədəfdir. Şübhəsiz ki, Belarus sərhəddinin yaxınlığında yerləşirik. Vilnüsdən bir neçə kilometr aralıda Ostrovets Atom Elektrik Stansiyası var ki, bu da təhlükədir”, – o söyləyib.
Onun sözlərinə görə, zərurət yaranarsa, şəhərin boşaldılması altı istiqamətdə qərbə və cənuba gedən yollar boyunca aparılacaq.