Vilnüs sammiti: Kiyev NATO-dan tələbini açıqladı

Vilnüs sammiti: Kiyev NATO-dan tələbini açıqladı

NATO-nun Vilnüs sammitinin alyansa daxil olmaq dəvətindən başqa heç bir qərarı Ukraynanı qane etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Əgər onlar Vilnüsdə bizə NATO ilə əməkdaşlığı dərinləşdirmək üçün bəzi müsbət şeylər təklif etməyə çalışırlarsa, eyni zamanda Ukraynanın NATO-ya üzv olması istiqamətində bir addım belə atılmayacaqsa, bu, bizim üçün qəbuledilməzdir. Vilnüsdə NATO Kiyevin üzvlüyünə doğru addım atmalı və təhlükəsizlik zəmanətləri baxımından nə baş verəcəyinə qərar verməlidir”, – Kuleba qeyd edib.

Teqlər: