Vilayət Eyvazov Şahverdiyevə yeni vəzifə verdi

Vilayət Eyvazov Şahverdiyevə yeni vəzifə verdi

Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisində yeni təyinatla bağlı əmr imzalayıb.

AzerTimes Avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinə birinci müavin təyin edilib. Bu vəzifəyə polkovnik-leytenant Eyvaz Şahverdiyev təyin edilib.

Qeyd edək ki, buna qədər Eyvaz Şahverdiyev Bakı şəhər DYP İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Teqlər: