Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.
AzerTimes Report-a istinadla xəbər verir ki, daxili işlər nazirl general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Azad Məmmədov təyin edilib.
A.Məmmədov bundan əvvəl Beyləqan şəhər Polis Şöbəsinin DYP Bölməsinin rəsi vəzifəsində çalışıb.
Qeyd edək ki, Yevlax DYP Bölməsinin əvvəlki rəisi Fəqan Mehdiyev olub. O, nazirin digər əmri ilə tutduğu vəzifədən azad olunub.