Vilayət Eyvazov onu işdən çıxardı, yeni vəzifə verdi

Vilayət Eyvazov onu işdən çıxardı, yeni vəzifə verdi

Polis polkovnik-leytenantı Şahin Şakir oğlu Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

AzerTimes xəbər verir ki, bu barədə daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

V.Eyvazovun digər qərarı ilə Şahin Musayev həmin idarənin rəis müavini təyin olunub.

Qeyd edək ki, Ş.Musayev bir müddət öncə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsini də icra edib.

Teqlər: