Vilayət Eyvazov onu baş inspektor təyin etdi

Vilayət Eyvazov onu baş inspektor təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin olunub.

AzerTimes xəbər verir ki, polis baş leytenantı Elşən İsmayılov adı çəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.

E.İsmayılov bunadək Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində çalışıb.

Qeyd edək ki, bu gün Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Elnur Ramiz oğlu Heydərli tutduğu vəzifədən azad edilərək, Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Teqlər: