Vikipediyanın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib

Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyevanın təşəbbüsü ilə “Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, soydaşımız bu fəaliyyəti həm də “Qorqud” Vikipediya Metodik Mərkəzinin könüllüsü olaraq yerinə yetirir. O, artıq bir müddətdir ki, Vikipediyanın polyak dili bölməsi üçün məqalələr yazır və redaktələr edir, ölkəmizlə bağlı boşluqların aradan qaldırılmasına çalışır. Azərbaycan ordusunun general-mayoru Hikmət Həsənov, Xankəndi talanları, Tovuz döyüşləri, Gəncənin bombalanması haqqında məqalələr polyak oxucuların nəzərinə çatdırılıb.


Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, soydaşlarımız Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılmasını planlaşdırırlar. Əsas məqsəd Vikipediyanın polyak dili bölməsində Azərbaycanla bağlı düzgün məlumatları əks etdirən məqalələrin yerləşdirilməsini təmin etməkdir. Klub üzvlərinə Milli Məclisin üzvü Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Teqlər: