“Vikipediya”da türk dünyası ilə bağlı 140-dan çox məqalə yaradılıb

“Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 140-dan çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə AzerTimes-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən Qırğızıstanın Əməkdar elm xadimi Hüseyn Karasayev, qaraçay-balkar şairi və musiqiçisi Abuqali Uzdenov, qumuq yazıçısı Nuxay Batırmurzayev, əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbiçi Müzəffər Özdağ və Volqa tatarları haqqında yeni məqalələr yaradılıb.


Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində çox böyük həvəslə iştirak edirlər. Ona görə də gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq.

Teqlər: