“Vikipediya” da türk dünyası ilə bağlı yeni məqalələr yaradılıb

“Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 150-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə AzerTimes-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən krımçak mənşəli şair İlya Selvinski, rəssam Uilyam Allanın “Başqırdlar” rəsmi, Altay şairi və dramaturqu Şatra Şatinov, Krım tatarı olan toxuma ustası Adaviyə Əfəndiyeva, Saxa Xalq şairləri Leonid Popov, Moisey Yefimov, Xakasiya Yazıçılar Birliyinin yaradıcısı və ilk sədri Nikolay Domojakov, Saxa şairi və yazıçısı Erilik Eristiin, Xakas dramaturqu, tərcüməçi, pedaqoq və ictimai xadim Qalina Kazaçinova haqqında məqalələr yaradılıb.

Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində böyük həvəslə iştirak edirlər. Ona görə də gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq.

Teqlər: