Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb.
Mərkəzdən AzerTimes-a verilən məlumata görə, Bakı şəhərində 3 gün ərzində keçirilən müzakirələrə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın iştirakçı qatılıb.
VIII Qlobal Bakı Forumu 30-dan çox cari və sabiq ölkə və hökumət rəhbərlərinin, o cümlədən hibrid formada Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, BMT-nın Genevrə Ofisi, BMT-nın Sivilizasiyalar Alyansı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyasının başlanmasından sonra qlobal liderlərin iştirakı ilə keçirilən əsas tədbirlərdən biri sayılır.