Şuşa. Trend:
Noyabrın 7-də VIII Qlobal Bakı Forumunun nümayəndə heyəti Şuşaya səfər ediblər.
AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar VIII Qlobal Bakı Forumunun nümayəndə heyəti Yuxarı Gövhər ağa məscidlərində olublar.
Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.