Ukrayna lideri Vladimir Zelenskinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdırdım.
AzerTimes xəbər verir ki, bu sözləri İndoneziya Prezidenti Coko Vidodo Rusiya-İndoneziya danışıqlarının yekunları haqda məlumat verərkən deyib.
O bildirib ki, sülh məsələsi hər zaman İndoneziyanın xarici siyasətinin prioriteti olub:
“Bu kontekstdə mən Kiyevi ziyarət etdim və hazırda Moskvadayam”.
Vidodo Rusiya və Ukrayna arasında dialoq açmağın vacibliyini də qeyd edib.
Qeyd edək ki, Vidodo Zelenskinin Putinə hansı mesajı göndərdiyi haqda danışmayıb.