Video oyunlardan asılılıq ÜST-nin yeni xəstəliklər təsnifatına daxil edilib

Yeni, 11-ci Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-11) 2022-ci il yanvarın 1-dən rəsmi olaraq qüvvəyə minib.

AzerTimes-ın məlumatına görə, 2019-cu ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən təsdiq edilmiş bu sənədə bir sıra yeni fəsillər, xüsusən də xalq təbabəti üzrə fəsil əlavə edilib.

Eyni zamanda asılılıq pozğunluqları bölməsinə video və rəqəmsal oyunlardan asılılıq da əlavə edilib.


Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib ki, 10 ildən artıq müddət ərzində hazırlanan yeni xəstəlik təsnifatının hazırkı versiyası əvvəlki versiya ilə müqayisədə xeyli təkmilləşdirilib – ilk dəfə tamamilə elektronlaşdırılıb və istifadəni asanlaşdıran formatda hazırlanıb.