Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərxalça” ASC-nin sabiq sədri, dünyasını dəyişmiş Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriln şəxsin vəkili Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxs sağkən ittihamları qəbul etməyib.
Daha sonra kil vəsatət qaldırıb. Bildirib ki, Vidadi Muradov və onun oğlunun əmlaklarına həbs qoyulub: “Qanunvericiliyə görə, əmlak üzərinə həbs qoyula əmlaklar təqsirləndirilən şəxsin vəzifəyə təyin olunandan sonra aldığı əmlaklar qoyula bilər. Vidadi Muradov “Azərxalça”ya 2016-cı ildə rəhbər təyin edilib. Amma üzərinə həbs qoyula əmlaklar isə 2016-cı ildən əvvəl əldə edilib. Ona görə də həmin əmlakların üzrəinə qoyulan həbslər götürülsün”.
Hakimlər müşavirəyə yollanıb.
Müşavirədən sonra qərar elan olunub. Məhkəmənin qərarı ilə V. Muradovun həyat yoldaşı onun hüquqi varisi təyin olunub.
İş üzrə “Azərxalça” ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.
Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.
V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.