VHP Türk Şəhidliyini ziyarət etdi

VHP Türk Şəhidliyini ziyarət etdi

Bu gün Bakının işğaldan azad olunmasının 106-cı ildönümü münasibətilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri Şəhidlər Xiyabanında Türk Şəhidliyini ziyarət edib.

Bu barədə AzerTimes-a VHP-nin Mətbuat Xidmətindən məlumat verilib.

Partiya üzvləri abidə önünə gül dəstələri qoyub, şəhidlərin ruhunu sayğı ilə yad edilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edərək 1918-ci il 15 sentyabrda Bakının azad olunmasının tarixi əhəmiyyətindən bəhs edib.

Teqlər: