VHP sədri ABŞ səfirinin müşaviri ilə görüşdü

VHP sədri ABŞ səfirinin müşaviri ilə görüşdü

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib.

AzerTimes xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən görüşdə regiondakı geosiyasi durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi müzakirə edilib.

Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.

Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımından önəmli olduğunu bildirib.

Teqlər: