Vəziyyəti pisləşən Pele reanimasiya şöbəsinə köçürülüb

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pele sağlamlığının pisləşməsi səbəbindən yenidən yarıintensiv reanimasiya şöbəsinə köçürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “UOL” portalı xəbər yayıb.

Məlumata əsasən, 80 yaşlı futbol kralı boğaz nahiyəsində problemlər aşkarlanıb. Fəsadların yüngül olduğu qeyd olunur, lakiin eks-forvardın xüsusi qayğıya ehtiyacı olduğu bildirilir.


Xatırladaq ki, avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Teqlər: