Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. Ona görə də Moskvada bazar ertəsi qeyri-iş günü elan edilib.
AzerTimes xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.
Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.