Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində vəziyyət Qərbin hərəkətləri səbəbindən getdikcə gərginləşir və partlayış xarakteri alır.
AzerTimes xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının baş katibinin birinci müavini Pavel Muraveyko deyib.
“Ölkənin qərbində gərginlik nəinki artır, hətta o səviyyəyə çatıb ki, ən kiçik disbalans ciddi, rezonanslı, genişmiqyaslı təxribata səbəb ola bilər”, – Muraveyko bildirib.
Onun sözlərinə görə, Qərb qoşunlarının Rusiya və Belarus sərhədləri yaxınlığında cəmləşməsi əvvəlki 20 illə müqayisədə ən yüksək həddə çatıb:
“Bunlar Baltikyanı ölkələrin və Polşanın qoşunları deyil. Bunlar NATO hərbi birləşmələri, bizim dövlət sərhədimizdən 15 km aralıda yerləşən Litvadakı Padrada poliqonundakı ABŞ alaylarıdır”.