Bir vaxtlar ağlasığmaz görünən bir şey – atom elektrik stansiyasının yaxınlığında hərbi fəaliyyət gündəlik reallığa çevrilib.
AzerTimes xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES ətrafında hərbi fəaliyyəti şərh edərkən deyib.
“Vəziyyət düzəlmir və nə qədər ki, bu faciəli müharibə davam edir, atom elektrik stansiyası təhlükə altında qalır. Bu səbəbdən mən bir daha maksimum təmkinli olmağa və keçən may ayında BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi beş konkret prinsipə tam əməl etməyə çağırıram”, – R.Qrossi qeyd edib.