İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir. Biz real vaxtda belə bir xəttin nəticəsinin nə olduğunu görürük. Məhəllələr yerlə-yeksan edilib, 18 mindən çox dinc sakin həlak olub. Onların üçdə ikisi qadın və uşaqdır. Vəziyyət dəhşətlidir”, – Lavrov qeyd edib.