Vəziyyət ağırdır, Ukrayna hərbçiləri mühasirəyə düşə bilər

Vəziyyət ağırdır, Ukrayna hərbçiləri mühasirəyə düşə bilər

Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı davam etdirdiyi Rusiyanın Kursk vilayətində vəziyyət çox ağır olaraq qalır, Ukrayna qoşunlarının mühasirəyə düşməsi təhlükəsi var.

AzerTimes xəbər verir ki, bunu ukraynlı ekspert Oleq Jdanov deyib.

“Düşmən qoşunları qərb cinahdan bizi çox sıxdı. Hər iki tərəfdən əməliyyatlar dayanmır, xüsusən də boz zonada. Bir neçə ciddi anlar oldu ki, qoşunlarımızın mühasirəyə düşməsi təhlükəsi yarandı, amma görünür biz bu problemi həll etdik və qoşunlarımız onları təhdid edən bölgələrdən, mümkün mühasirə təhlükəsindən çıxdı. Amma fakt odur ki, döyüşlər çox çətin keçir. Hər iki tərəfdən qoşunların fəallığı çox yüksəkdir”, – O.Jdanov qeyd edib.

Teqlər: