Vəzifəyə təyin olunduqdan 10 gün sonra öldü

Vəzifəyə təyin olunduqdan 10 gün sonra öldü

Məşhur İtaliya brendi “Moschino”nun yaradıcı direktoru David Renne 46 yaşında infarktdan vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Onun cəmi 10 gün öncə, 1 noyabr tarixində vəzifəyə təyin olunduğu bildirilib.

Ona qədər isə Gucci dizaynerlər komandasının 20 il boyunca üzvü olub.

Qeyd edilir ki, italyan dizayner və modelyer “Moschino”da ilk kolleksiyasını 2024-cü ilin fevralında Milan Moda Həftəsində təqdim etməli idi.

Teqlər: