“Vəzifəli şəxsin” qohumu 20 min mənimsədi – Foto

“Vəzifəli şəxsin” qohumu 20 min mənimsədi – Foto

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla N.Həsənzadənin özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirdiyi müəyyən edilib.

Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb.

Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Teqlər: