Xəbər - İlhamə İsabalayeva – Trend:
Sosial şəbəkələrdə əcnəbi turistlərin qanunsuz davranışları ilə bağlı vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) işçi qrup yaradılıb və xidməti araşdırmalar başlanılıb.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda bu işlər davam edir: “Bununla bağlı hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla bağlı ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.