Veysəloğlu Şirkətlər Qrupu gənclərin universitetlərə hazırlaşmasına dəstək verir

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yenidən “Gələcəyini Qur”
təşəbbüsünə qoşularaq gənclərin bacarıq və biliklərini artırmaqla
onların sosial inkişafı üçün imkanlar yaratmaqda davam edir.

Bu layihə çərçivəsində Şirkətlər Qrupu aztəminatlı ailələrdən
olan gənclərin universitetlərə hazırlaşmasına dəstək verir.

Layihə iştirakçıları 11-ci sinif şagirdlərini, eləcə də fiziki
məhdudiyyəti olan və yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb
məzunlarını əhatə edir. Dərslər vasitəsilə qəbul imtahanına
hazırlıqları təşkil etmək və müxtəlif növ sosial fəaliyyətlərdə
iştiraklarını təmin edərək cəmiyyətə inteqrasiyaya köməklik
göstərmək “Gələcəyini Qur” layihəsinin əsas iki məqsədidir.

Bu ilki layihədə VŞQ Bakının Sabunçu rayonundan olan 12 şagirdə
dəstək olacaqdır. Məktəblilərə universitetə hazırlıqla yanaşı,
sağlam həyat tərzi ilə bağlı faydalı alışqanlıqların yaradılması da
layihənin fəaliyyətinə daxildir. Veysəloğlu Şirkətlər Qrupunun ötən
illər ərzində sponsorluq etməsi sayəsində Bakıda və regionlarda
yaşayan 40-dan çox gənc ali məktəbə qəbul olmaq imkanından
faydalanıb.

Korporativ Sosial Məsuliyyət siyasətində təhsilə dəstək
istiqamətində bir çox faydalı layihədə yer alan Veysəloğlu
Şirkətlər Qrupu növbəti illərdə də bu təşəbbüsü dəstəkləməyi
planlayır.

19 minə yaxın insanın iş yeri olan Veysəloğlu Şirkətlər Qrupu
istehsal, distribusiya, logistika, pərakəndə satış daxil olmaqla,
tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir.

Teqlər: