Məlumat verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb
olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu”
MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması
əlaməti üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətindən AzerTimes-a bildirilib ki, işəbaxma zamanı MMC
tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək
gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə
əlaqələndirib. “Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına
dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.