“Veysəloğlu” MMC uşaqlar üçün xeyriyyə tədbiri keçirib (FOTO/VİDEO)

4-15 yaş aralığında 23 uşağa bayram sevinci yaşadılıb.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC Yeni
Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət edərək,
valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənliyi
keçirib.

Tədbirdə uşaqlara şirniyyat hədiyyələri ilə yanaşı, onların yaş
kateqoriyalarına uyğun oyuncaqlar da təqdim olunub. Həmçinin
uşaqların tibbi ehtiyaclarının qarşılanmasına dəstək
göstərilib.

Xeyriyyə tədbirinin həyata keçirilməsinə Veysəloğlu Şirkətlər
Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Xonça-Catering”
şirkəti, “AVT Logistika” MMC, həmçinin “Veysəloğlu” MMC-nin
distibütor olduğu şirkətlər/markalar (Nestle, Eti, Şölen, Perfetti,
Haribo, Sweet Plus, Azgranata, “Sehri” şirələri, “Destgah” çayları)
dəstək olublar.

Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı olan “Veysəloğlu” MMC
28 ildir ki, Azərbaycan distribütor bazarında fəaliyyət göstərir.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bu şirkət hazırda 4060
çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir.

Hər bayramı xalqımızla birgə qeyd edən Veysəloğlu Şirkətlər
Qrupu Novruz ərəfəsində əhalinin həssas qruplarından olan 225
aztəminatlı ailəyə ərzaq dəstəyi göstərib.

Teqlər: