Vətənpərvərlik ruhunda böyüyən gənclərimiz tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər gəstərdi – Deputat

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət
nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını
belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc
nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə
olunmasında misilsiz xidmətlər göstərdilər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Azərbaycanda gənclər siyasəti daim dövlət siyasətinin əsas
istiqamətlərindən biri olub, gənclərin vətənpərvər ruhda
yetişdirilməsinə, savadlı, təhsilli gəncliyin formalaşmasına daim
böyük diqqət ayrılıb.

“Ulu öndər hakimiyyətə gəldikdən sonra gənclər siyasətinə xüsusi
diqqət ayırdı. O zaman bütün sahələrdə olduğu kimi gənclərlə bağlı
vəziyyət də acınacaqlı idi. Müstəqilliyimizin ilk dövründə
dövlətçiliyimiz kimi, Azərbaycan gəncliyi də ciddi təhlükələrlə
qarşı-qarşıya qalmışdı. Xüsusilə xoşagəlməz hal ondan ibarət idi
ki, gənclərimiz siyasi oyunlara alət edilirdi, onların vətənpərvər
ruhda yetişdirilməsi, təhsilnin düzgün təşkili, problemlərinin
həlli istiqamətində hər hansı bir tədbir görülmürdü.

Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra
Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu, gənclərin
problemlərinin həlli, onların təhsilinin təşkili istiqamətində
ciddi tədbirlər görülməyə başladı, gənclərin siyasi oyunlara cəlb
edilməsinə son qoyuldu”, – deyə A.Həsənova bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər
Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni
müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi
inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar
ortaya qoyuldu.

“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları,
Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər
gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi
istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər
siyasəti dünya miqyasında bir nümunəyə çevrilib”, deyə A.Həsənova
əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanda aparılan bu nümunəvi gənclər
siyasəti öz bəhrəsini layiqincə verib. “Prezident İlham Əliyevin
rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən
müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Son 18
ildə formalaşan Azərbaycan gəncləri Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 30 illik işğala son qoydu. Azərbaycanda Vətənini,
dövlətini sevən gənclik bizim ən böyük və əvəzolunmaz
sərvətimizdir”, – deyə deputat əlavə edib.

Teqlər: