44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ərəfəsində Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova AzerTimes-ın qonağı olub.
E.Süleymnanova Azərbaycanın möhtəşəm Qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb, Zəfərimizi şərtləndirən amillərdən danışıb.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ Zəfəri tariximizdə əbədi yaşayacaq, xalqımızın qürur mənbəyi olacaq.
E.Süleymanovanın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə verdiyi müsahibəni təqdim edirik.