Xəbər - Elçin Mehdiyev – Trend:
Aldığımız məlumata görə, bir qədər öncə Kiyevdən Moldova
istiqamətinə daha bir qatar yola düşüb. Həmin qatarda təxliyə üçün
100 dən çox Azərbaycan vətəndaşı da var.
AzerTimes-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə
deyib.
L.Abdullayeva bildirib ki, vətəndaşların təxliyə edilməsi
birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və bundan sonra da
təxliyyə tədbiləri davam etdiriləcək.