Vətəndaşların sosial müdafiəsi davamlı olaraq yaxşılaşdırılacaq – Sahil Babayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda ardıcıl olaraq sosialyönümlü siyasət həyata keçirilir və aparılan işlərin, qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşı durur.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi davamlı olaraq yaxşılaşdırılacaq:

“Son 3 il ərzində minimum pensiya 110 manatdan 200 manata çatdırılıb. Ünvanlı dövlət sosial yardımı 81 faiz artırılıb”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, təkcə 2019-cu ildə qəbul edilən iki sosial islahat paketi 2 milyona yaxın insanı əhatə edib.

Teqlər: