Vətəndaşların külli miqdarda vəsaitini ələ keçirən şəxs həbs edilib – DİN

Vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər
Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun
onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə
külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların
şikayətləri araşdırılmış və onların F.Abdinov barədə qeyd etdikləri
qanunsuz əməllər təsdiqini tapmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqla
müəyyən edilmişdir ki, F.Abdinov dələduzluq yolu ilə
zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ
keçirmişdir.

F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar
varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis
orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
məlumat verə bilərlər.

Teqlər: