Vətəndaşlardan işə düzəltmək adı ilə pul alan “Azəriqaz”ın keçmiş əməkdaşına cinayət işi açılıb

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul
vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon
prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar
İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar
Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional
Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min
500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin
178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: