Xəbər - Fərid Zöhrabov – Trend:
DOST Agentliyi tərəfindən vətəndaşlara səyyar xidmətlərin
göstərilməsinə başlanılır. Bu gündən etibarən vətəndaşlar səyyar
xidmətlərdən yararlana biləcəklər. Belə ki, vətəndaşlar artıq
“DOST” mərkəzlərinə gəlmədən əvvəlcədən sifariş verməklə səyyar
DOST xidmətlərindən istifadə edə biləcək.
Trend xəbər verir ki,
səyyar DOST xidmətlərinin göstərilməsinə dair sifariş vermək
istəyən şəxslər DOST Agentliyinin rəsmi internet saytında
yaradılmış “Səyyar DOST” sifarişi
(http://dost.gov.az/seyyar-dost.php) funksiyasından istifadə edə və
ya Çağrı Mərkəzi – 142 ilə əlaqə saxlayaraq müraciət edə
bilərlər.
Səyyar DOST xidmətləri ilkin mərhələdə Bakı şəhərini və Abşeron
rayonunu əhatə edəcək. DOST İnkişaf strategiyasına uyğun olaraq,
gələcəkdə “DOST” mərkəzləri istifadəyə veriləcək regionlarda da
səyyar xidmətlərin təşkil olunması nəzərdə tutulur.