“Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyar qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəkəşkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”.
Yenicag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə səsləndirib.
O, həmçinin qeyd edib:
“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyaya müraciət edən bəzi vətəndaşlar könüllü olaraq komissiyanının işinə köməklik etməklə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”.
www.yenicag.az