Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

O bildirib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq:


“Bunula belə nazirlik tərəfindən əlil şəxslərin əlillik dərəcəsi ilə təmin edilməsi üçün işlər aparılır. Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir. Bu siyahılar artıq bizdə var və onların əksəriyyəti, 90 faizdən çoxu ziyarət olunub. Vətən müharibəsində əlil olan şəxslərin də əlilliyi avtomatik olaraq təyin olunacaq.

Teqlər: