Xəbər - İlhamə İsabalayeva – Trend:
Bu il Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısının ən yüksək səviyyəli protezlərlə təminatı həyata keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, post müharibə dövründə şəhid ailələrinin 99 faizi sosial ödənişlərlə təmin olunub. 12 mindən çox şəxsə sosial müavinət, pensiya və təqaüdlər təyin olunub. İndiyədək yaralı qazilərin 90 faizinin sosial-tibbi ehtiyacları öyrənilib, amputasiyası olan insanlar müəyyən edilib. Onlar 1200-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub:
“Ehtiyacı olanlara ən yüksək – 3 və 4-cü nəsil protezlərin təqdimatına başlanılıb. Artıq amputasiyaya ehtiyacı olan 15 hərbçiyə ən müasir elektron protezlər təqdim edilib. Bunların arasında iki ayağını da, bir ayağını da itirmiş şəxslər var”.
S.Babayev bildirib ki, bu il 30 min əlilliyi olan şəxsə xidmətin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, artıq 9000-ə yaxın şə\xsin sosial-psixoloji reablitasiyası aparılıb. Bunların arasında həm şəhid ailələri, həm müharibə iştirakçıları və ailələri var.