Xəbər - Ceyhun Ələkbərov – Trend:
Azərbaycanda Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib.
AzerTimes-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.
Qeyd edək ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb mütəxəssislərindən olub.